10 may müasir Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin doğum günüdür.

Müstəqil və qüdrətli Azərbaycanın yaradılmasında, bu günki inkişafında əvəzsiz xidmətləri ilə xalqımızın qəlbində daima yaşayacaq Heydər Əliyevin əziz xatirəsi yad etmək məqsədilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tədbir təşkil olunub.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr olunan tədbiri giriş sözü ilə Xəstəxananın direktoru Vidadi Rəhimov açdı. O dahi şəxsiyyət haqqında danışaraq bildirdi ki, Azərbaycanlı olması ilə daima fəxr edən Heydər Əliyevin əsl vətənpərvər kimi öz xalqının rifahı, dövlətinin inkişafı üçün gördüyü işlərin sayı hesabı yoxdur. Onun adı xalqımızın qəlbində hər zaman dərin hörmət və sevgiylə yad olunacaq.

Daha sonra Ulu öndər Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Həkimlər, digər tədbir iştirakçıları da Ümumilli lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş çıxış etdilər.

İsmayıllı rayon mərkəzi xəstəxanası