
Aİ:Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen müştərək bəyanatla Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb.
Hər iki rəsmi bu barədə özünün “X” hesabında bəyanat verib.
Onlar sözügedən hadisənin uzunmüddətli sülhə yol açacağını vurğulayıb.
Bundan başqa Avropa İttifaqının regionda sülh və inkişaf naminə normallaşma prosesini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
azadlıq qəzeti