
İsmayıllı rayonunun Qalınçaq meşəbəyliyinin 9- saylı dolayında ağacların qanunsuz kəsilməsi ilə bağlı “ŞimalRegion.az ” saytında yayımlanan məqalə ilə bağlı bildiririk ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin inkişafı xidmətinin 6- saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən rayon icra hakimiyyətinə təqdim olunan rəsmi arayışda, Qalınçaq meşəbəyliyinin 9- saylı meşə dolayında 10 fevral 2025-ci il tarixində idarənin əməkdaşları tərəfindən yoxlama aparıldığı, müxtəlif cins və 2,3 və 5 sm diametrdən ibarət 62 ədəd ağacın kəsilməsi faktının aşkar edildiyi,4.73 m3 həcmində oduncaq hesablandığı və dövlət meşə fonduna 20,44 manat məbləğində ziyan dəydiyi qeyd olunur.Bundan əlavə 11 mart 2025-ci il tarixində meşə dolayında yerində araşdırma aparılmış, müxtəlif cins 2,3 və 5 sm diametrdən ibarət 59 ədəd ağacların kəsilməsi faktı aşkar edilmiş 3.63 m3 həcmində oduncaq hesablanmışdır.Meşələrin İnkişafı Xidmətinin 6- saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Rayon İcra hakimiyyətinə təqdim olunan rəsmi arayışda Qalınçaq meşəbəyliyinin 9-saylı meşə dolayında 10 fevral 2025- ci il tarixində idarənin əməkdaşları tərəfindən yoxlama aparıldığı, müxtəlif cins və 2, 3 və 5 sm diametrdən ibarət 62 ədəd ağacın kəsilməsi faktının aşkar edildiyi,4.74 m3 həcmində oduncaq hesablandığı və dövlət meşə fonduna 20,44 manat məbləğində ziyan dəydiyi qeyd olunur.Bundan əlavə 11 mart 2025-ci il tarixində meşə dolayında yerində araşdırma aparılmış, müxtəlif cins 2, 3 və 5 sm diametrdən ibarət 59 ədəd ağacların kəsilməsi faktı aşkar edilmiş,3,63 m3 həcmində oduncaq hesablanmış və dövlət meşə fonduna 15,18 manat məbləğində ziyan dəymişdir.Dəymiş zərər cəmi 35,62 manat məbləğində olmaqla meşə gözətçisi Gözəlov Xəzər Münasib oğlu tərəfindən ödənilmiş və müvafiq akt tərtib olunmuşdur.
Redaksiyadan: İsmayıllı rayon icra hakimiyyəti 6-saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən rəsmi qaydada verilmiş arayışa istinadən açıqlama vermişdir.Açıqlamadan belə qərara gəlmək olur ki,həmin ərazidə şikayətçi Şükürov Hacı Mazan oğlunun dediyi kimi meşə qırılması baş verməyib və iddialar absurddur.Başqa bir mənbədən aldığımız məlumata görə şikayətçinin meşə gözətçisinin yaxınları ilə şəxsi problemi var buna görə də meşə faktından sui-istifadə edərək gündəm yaratmaq istəyir.ŞimalRegion.az saytı olaraq bildiririk ki, şəxsi problemləri medyaya daşımaq və bu imkanlardan başqalarına qarşı istifadə etmək yolverilməzdir.Tərəflərə aralarında olan problemləri həll etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Şimalregion.az