
Yevlaxdan redaksiyamıza daxil olan məlumatda bildirilir ki,kərpic zavodu əhalinin pulunu vermir və günlərdir ki, əhali zavodun qabağında gedib gözləyib gəlir.Şikayətçi Yevlax rayon sakini Rəsul Şirinov prezident cənab İlham Əliyevə müraciət edərək kömək istəyir və qeyd edir ki,Yevlax Şəhər İcra hakimiyyətinin başçısı baş verənlərdən xəbərdar olsa da heç bir reaksiya vermir.Yəni icra başçısı əhalinin problemini görməzdən gəlir.Şikayətçi prezidentə müraciət edərək icra başçısına bu problemi həll etməsi ilə bağlı göstəriş verməsini xahiş edir.
Redaksiyadan: Mövzu diqqətimizdədir araşdırmalarımız davam edir.Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.