
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin əlçatanlığın və onun keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə görülən işlərdən biri də yeni həkimlərin tibb müəssisəmizə cəlb etməkdir. Xəstəxanamızda həkim sayının atması bizim üçün sevindirici haldır.
Bir neçə ay bundan öncə İsmayıllı RMX-nın Təcili Təxirəsalınmaz Tibbi yardım bölməsində fəaliyyət göstərməyə başlayan Cəlal Nərimanzadə sınaq müddətini uğurla başa vurmuşdur.
Bu məqsədlə xəstəxananın direktoru Vidadi Rəhimov gənc həkimi qəbul edib, sınaq müddətinin başa çatması münasibətilə onu təbrik edib, gələcək fəaliyyətinə dair lazımi tövsiyyə və tapşırıqlarını verib və ona uğurlar arzulayıb.
İsmayıllı rayon mərkəzi xəstəxanası