Ərəbcəbirli bələdiyyəsi ərazisində abadlıq işləri aparılıb

Rayonunun Ərəbcəbirli bələdiyyəsinin əhatə etdiyi İkinci Ərəbcəbirli kəndində fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin rənglənməsi, eləcə də yol kənarlarında abadlıq işləri aparılıb.
Həmçinin bələdiyyənin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə əkin sahələrinin vaxtında suvarılması üçün arxları lildən təmizlənib.
Görülən işlərlə yanaşı Ərəbcəbirli bələdiyyəsinin sədri tərəfindən Şəhadət kəndində sakinlərlə görüş keçirilmiş, onları narahat edən probemlər öyrənilərək torpaq və əmlak vergilərinin vaxtında ödənilməsi ilə bağlı söhbətlər aparılmışdır.

GÖYÇAR RAYON İCRA HAKİMİYYƏTİ