Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Orta Muğan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin əməkdaşı Fuad Salmanov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb. Bildirib ki, bütün təhsil müəssisələrində şagirdlərlə bu istiqamətdə görüşlər keçirilir, gələcəyimiz olan fidanlara zərərli maddələrin mənfi cəhətləri barədə geniş məlumatlar verilir.

Bundan əlavə, görüş zamanı qeyd olunub ki, ölkə ərazisində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində keçirilən qətiyyətli əməliyyat tədbirləri keçirilir, qanunsuz əməllə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Din mətbuat xidməti