
Ukraynaya 21 milyard avro yardım qərarı verildi
Böyük Britaniyanın müdafiə naziri Con Healey 27-ci Ramştayn görüşündə çıxışı zamanı bəyan edib ki, Ukrayna müdafiəsi üzrə təmas qrupunda iştirak edən ölkələr Kiyevə rekord məbləğdə 21 milyard avro həcmində hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
İlk dəfə belə bir görüş London və Berlinin sədrliyi ilə NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilib.
“Bu, Ukraynanın maliyyələşdirilməsində rekord artımdır. “Aprelin 11-də Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupu zamanı elan edilmiş yeni öhdəliklər 21 milyard avro təşkil edir”, – deyən Healy vurğulayıb ki, bu, Ukrayna tərəfinə hərbi yardımdır: “Biz cəbhə xəttindəki döyüşçülərə dəstək veririk”.