
Yevlax kərpic zavodunun qarşısında video çəkiliş edərək kanalımıza göndərən,Yevlax sakini Rəsul Şirinov bildirmişdi ki,kərpic zavodunun işçiləri əmək haqqı ala bilmədiyi üçün zavodun qarşısında taplaşaraq pullarını tələb edirlər.Şikayətçi baş verənlərdən Yevlax şəhər icra hakimiyyətinin başçısının xəbəri olsada heç bir tədbir görmədiyini qeyd edirdi.Şikayətçi buna görə dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək kömək istəmişdi.
Məsələ ilə bağlı Yevlax kərpic zavodunun müdiri hörmətli Şəmsəddin Muradovla telefon əlaqəsi saxladıq və baş verənlərə aydınlıq gətirməsini xahiş etdik.Zavod müdiri bildirdi ki, əvvəl araşdıracaq görək zavodda Rəsul Şirinov adlı işçi var ya yoxdur.Müdir qeyd etdi ki, deyilənlər yalandır, heç bir əsası yoxdur.Burada işləyən işçilərin əməkhaqları vaxtlı-vaxtında ödənilir və bu istiqamətdə heç bir problemimiz yoxdur.
Redaksiyadan: Mövzu diqqətimizdədir araşdırmalarımız davam edir.Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.