11 may 2025 – ci il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 – ci ildönümü münasibətilə🥋cüdo idman növü üzrə U-15 yeniyetmələr arasında İsmayıllı rayon turniri keçirildi.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Turnirin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etmək, onun zəngin irsini, dövlətçilik fəlsəfəsini, təhsilə və gəncliyə göstərdiyi diqqəti bir daha xatırlatmaq, bu dəyərləri gənc nəsilə aşılayaraq onların milli və mənəvi ruhda inkişafına töhfə vermək və eyni zamanda, yeniyetmələr arasında cüdo idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, gənc idmançıların fiziki və mənəvi inkişafına dəstək olmaq, onların idman bacarıqlarını üzə çıxarmaq və möhkəmləndirmək, istedadlı yeniyetmələrin aşkara çıxarılaraq gələcəkdə daha geniş miqyaslı yarışlara hazırlanmasına şərait yaratmaqdır. Bu cür turnirlər həmçinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına, dövlətçiliyimizə və milli dəyərlərimizə bağlılığın gücləndirilməsinə xidmət edir.
Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və meddalları ilə tərtif olundular.