ABŞ Dövlət Departamenti Azərbaycandakı repressiyalara etiraz edir və Azərbaycan hakimiyyətinin onların bəyanatına ciddi yanaşacağını gözləyir.
“Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçiləri və müxalifətçilərin davamlı həbsləri dərin narahatlıq doğurur. Vitse-prezident Ceyms Devid Vensin də vurğuladığı kimi, biz ifadə azadlığını dəstəkləməli, senzuranı dayandırmalı, müxalifəti susdurmamalıyıq. Azərbaycan hökumətinin bu bəyanata ciddi yanaşacağını gözləyirik”, – Dövlət Departamentinin sözçüsü bildirib.

Əli Kərimli
AXCP sədri