Elnur Nuruyev, Tofiq Yaqublu sizə kimin şou göstərdiyini sübut etdi.

Tofiq Yaqublunun qanunsuz məhkəmə prosesi başlayandan bəri özünə “hakim” deyən Elnur Nuruyev dəfələrlə məhkəmədə T.Yaqubluya deyirdi ki, məhkəmə siz deyən hallar araşdıracaq, hələ məhkəmə istintaqı bitməyib, biz sizin sadaladığınız məqamlara baxacağıq, məhkəmə sonda qərar verəcək və s tipli pafoslu, özündənrazı çıxışlar edən, guya ortada məhkəmə varmış kimi və guya o da hakimmiş kimi özünü artistliyə qoyan Elnur Nuruyev əslində bir kölə olduğunu, hakimiyyətin kirli işlərində maşa kimi istifadə olunduğunu hərəkətləri ilə təsdiq etdi.

T.Yaqublu: “Nə bura məhkəmədir, nə də sən hakimsən! Sənə yuxarıdan nə deyəcəklər, gəlib onu da oxuyacaqsan”.

T.Yaqublu hər məhkəmədə Elnur Nuruyevə deyirdi ki, sən filan məqamlarla bağlı niyə Elnura, Elşənə sual vermirsən, niyə soruşmursan, niyə tələb etmirsən ki, sən iddia etdiklərini sübut edə bilərsənmi? Sən pulu verdiyini dediyin vaxt T.Yaqublu başqa yerdə olub. Bu necə ola bilər?

Məhkəmədə T.Yaqublu İlham Əliyevin adını çəkəndə dizləri əsən Elnur Nuruyev az qalırdı ki, məhkəmə zalında özünü paralasın ki, amandır mənim sahibimə söz deməyin.

Hakimliyi dələduzluğa çevirən, məhkəmə binasını də obyekt kimi işlədən Elnur Nuruyev T.Yaqubluya 9 il hökm oxumaqla ləyaqətsizliyini, şərəfsizliyini bir daha ortaya qoydu.

Elnur Nuruyev, əgər Tofiq Yaqubluya bir şey olsa, buna görə məsuliyyət daşıyacaqsınız!

Bir də elə uzun yaşayın ki, törətdiyiniz cinayətə görə qanun qarşısında cavab verəcəyiniz günü görün və ömrünüz həbsxana divarları arasında çürüsün. Çünki ölüm sizin üçün çox yüngül cəzadır!