Çinin bir neçə universiteti (Peking University, Tsinghua University, Fudan University, Shanghai Jiao Tong University, Zhejiang University, University of Science and Technology of China, Sun Yat-sen University, Huazhong University of Science and Technology, Nanjing University, Wuhan University, Central South University, Xi’an Jiaotong-Liverpool University, Sichuan University) dünyanın ən yaxşı ali məktəblərindən hesab olunsa da, Pekin yüz minlərlə tələbəni təhsil alması üçün Qərbin ali məktəblərinə göndərir. Ötən il ABŞ-ın 1.1 milyonluq tələbə kontenginin 31 faizini çinli tələbələr təşkil edib. Yeri gəlmişkən qeyd edim ki, Çindən sonra ABŞ-a ən çox tələbə göndərən dövlət Hindistandır. İndus tələbələr ABŞ-ın 1.1 milyonluq tələbə kontingentinin 17 faizini təşkil edir. Dünyaca məşhur Harvard Universitetinin tələbə kontingentinin 22 faizi çinli tələbələrdir. Çin dövlət başçısı Si Çinpinin qızı da ABŞ-da təhsil alan çinli tələbələrdən biridir. Ümumiyyətlə, Çinin yüksək vəzifəli şəxslərinin əksəriyyətinin övladları ABŞ, Böyük Britaniya və Avstraliyada təhsil alırlar.
Böyük Britaniyadakı əcnəbi tələbələrin 41 faizini, Avstraliyada isə 38 faizini çinli tələbələr təşkil edir. Ümumiyyətlə, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Yaponiya, Cənubi Koreya və Avstraliya universitetlərinin əcnəbi tələbə kontingentinin ən böyük hissəsini çinli tələbələr təşkil edir.
Dünyadakı müsəlmanların ümumi sayı Çin və ya Hindistanın əhalisinin sayından çox olsa da, Qərbdə müsəlman ölkələrindən təhsil alan tələbələrin ümumi sayı Çin və Hindistanla müqayisə olunmayacaq dərəcədə azdır. Çünki, müsəlman dünyasında son 30 ildə Nursulatan Nazarbayev istisna olmaqla maarifçi lider görmədim.
Təbii ki, elm düşməni olan siyasi islamçılarda belə məlumatlar heç bir dəyişiklik yaratmayacaq!
Bu məlumatlar gələcək dünyanın liderinin hansı toplum olacağını aydın göstərmirmi?

Xəqani Cəfərli politoloq