Tramp Çinə tətbiq etdiyi yüksək gömrük tariflərini nədən daraltdı ?

Ticarət savaşının nəticəsini kim müəyyən edəcək?

Trampın Çinə gömrük tariflərini qaldırandan sonra bildirmişdi ki, o, tarifləri müzakirə etmək üçün Çin lideri Sin Cinpinqin telefon zəngini gözləyir. Ancaq Si Cinpinq nəyinki Trampa zəng etmədi, əksinə Çin də ABŞ-n atddiğı addımlara gömrük tariflərini 125%-ə yüksəltməklə cavab verdi.

İki gün öncə ABŞ Gömrük və Sərhəd Mühafizəsi xidməti adından məlumat yayıldı ki, olur ki, ABŞ birtərəfli qaydada elektrotexnika sahəsində Çinə qoyduğu yüksək gömrük tariflərinin icrasını dayandırıb. Lakin bir gün sonra prezident Tramp bu məlumatı “saxta xəbər mediasının yalanı” adlandıraraq xəbəri təkzib etdi və mövqeyindən geri çəkilmək fikrində olmadığını bildirdi. Lakin, o, Çindən idxal olunan elektrotexnika avadanlıqlarına hazırkı 145%-lik yüksək tarif dərəcəsindən fərqli -20%-lik ödəniş tərbiq ediləcəyini də etiraf edib.

Belə görünür ki, Tramp öz açıqlamasında faktın özündən daha çox, onun öz mövqeyindən geri çəkildiyi ilə bağlı deyilənləri təkzib edib. Çünki 145%-lik tariflə müqayisədə elektrotexnika məhsullarına 20%- həddində rüsum tətbiqi, onun qərarının şamil olunma dairəsinin müəyyən qədər daraldılması anlamına gəlir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən dərc edilən yeni təlimatda bildirilir ki, smartfon və kompüterlər, yarımkeçiricilər, günəş enerjisi ilə işləyən batareyalar, portativ yaddaşlar, yaddaş kartları, məlumatların saxlanması üçün istifadə olunan disklər və düz panel TV ekranlarına tarif güzəştləri tətbiq edilməsi nəzərdə tutulur.

Güzəştli gömrük tariflərinin şamil olunduğu məhsulların çeşidi və dəyəri Çinin ABŞ- ixracında əhəmiyyətli yer tutur. Trampın bu məsələdə geri addım atmasının əsas səbəbi isə Çində istehsal olunan Amerika şirkətlərinin məhsullarının bu ölkəyə daxil olmasını çətinləşməsi və daxili bazarda bu məhsullara olan ehtiyacla bağlıdır.

Məsələn Çindən Amerikaya ixrac olunanan ağıllı telefonların dəyəri 43 mlrd, noutbuklar 45 mlrd, ciplər 15 mlrd, günəş panelləri 8 mlrd, düz panel tv ekranları 10 mlrd dollar təşkil edir. Bu siyahını uzatmaq da olar. Əgər gömrük tarifləri aradan qaldırılmazssa, o zaman bazarda məhsul çatışmazlığı və yüksək qiymət artımı yarana bilərdi. Ona görə də Tramp məcbur qalıb öz qərarının bir hissəsindən geri çəkilməli oldu.

Eyni zamanda bu məhsulların bir çoxu Amerikan şirkətlərinə məxsusdur və yüksək gömrük tarifləri bu səbəbdən təkcə Çini deyil, ABŞ-n özünü də çətin duruma salırdı. Aydın olur ki, Çindəki istehsal müəssisələrinin dəyəri 500 miyard dollar olan “Apple” şirkətinin fabriklərini yüksək tariflərə görə nəinki qısa müddətdə, hətta bir neçə ilə belə ABŞ-a köçürmək mümkün deyil. Bu səbəbdən də yüksək tariflər Amerika bazarında “Ayfonun” yerini başqasının tutmasına səbəb ola bilərdi. Eləcə də Trampın yaxın müttəfiqi Maskın “Tesla” avtomobillərinin 70%-i Çində istehsal olunur. Bu qədər nəhəng, çox saylı müəssisələri, onların formalaşmış tədarük zəncirlərini, minlərlə ixtisaslaşmış ucuz işçi qüvvəsini qısa müddətdə ABŞ-daşımaq və burada istehsalı təşkil etmək real deyil və bu səbəbdən yüksək gömrük tariflərinin tətbiqində sektoral bölgü qaçılmazdır.

Böyük ehtimalla bundan sonrakı mərhələdə ABŞ əksər ölkələrə tətbiq etdiyi və 90 günlüyə təxirə saldığı sanksiyalardan təzyiq vasitəsi kimi istifadə edərək Çinin qlobal bazarlara çıxış imkanlarını məhdudlaşdırmağa çalışacaq. Bu gün dünyada istifadə edilən hər 3 məhsuldan biri Çin tərəfindən istehsal olunur. Çin 800 adda sənaye məhsulu istehsalında və 90 ölkənin xarici ticarətində birinci yerdə qərar tutur. Əgər Xarici Ticarətdə ABS-n hər il 1,1 trilyon ticarət açığı yaranırsa, Çində bu 7-8 trilyon müsbət saldo olur. Artıq Çin ABŞ -n tariflərinə qarşı daxil istehsalı qorumaq və təşviq etmək üçün 1,9 trliyon dollar güzəştli kreditləsməni nəzərdə tutan yardım paketini elan edib.

Görünən odur ki, bir vaxtlar dünyada ideoloji və təhlükəsizlik zəminində qütbləşmələr yarandığı kimi, qarşıdakı illərdə də iqtisadi maraqlar zəminində yeni ittifaqlar meydana çıxacaq. Bu prosesdə həlledici rolu AB-nin oynayacağı ehtimalı daha böyükdür. Çünki 18,2 trilyonluq ÜDM -lə AB əgər Çinlə bir cinahda yer alarsa, bu birlikdə 37 trilyon kimi çox böyük güclü iqtisadi ittifaqın yaranması demək olar. Yox, əgər Tramp AB-ni qarşısına almaq yerinə, onunla keçmişdəki müttəfiqlik münasibətlərindən çıxış edərək hərəkət edərsə, o zaman 47-48 trilyonluq ÜDM -ə malik olan super güc qarşısında Çin də ticarət şərtlərini qəbul etməyə məcbur qalar.

Fuad Qəhrəmanlı