
İsmayıllı rayonu Qalınçaq meşəbəyliyində 9-saylı dolayda yaşıllıqlar kütləvi şəkildə qırılıb şikayəti ilə redaksiyamıza Qalınçaq kənd sakini Şükürov Hacı Mazan oğlu şikayət etmişdi və şikayətçi həmin qırılan meşəliklərin video və fotolarını kanalımıza təqdim etmişdi.Burada onlarla video və fotolardan söhbət gedir və açıqca görünür ki,ağaclar kütləvi şəkildə qırılıb.
Sözügedən məsələ ilə bağlı 6- saylı regional meşə təsərrüfatı idarəsinin rəhbərliyinin göstərişinə əsasən həmin ərazidə şikayətçinin iştirakı ilə yoxlama aparılıb.Həm də rayon icra hakimiyyətinə meşə idarəsindən verilən məlumata əsasən,icra hakimiyyəti məsələyə münasibət bildirib.
Şikayətçi aparılan yoxlamadan narazılıq edir və bildirir ki,yoxlama zamanı qırılan ağaclar boya ilə rənglənib və bütün bunlar izi itirməyə hesablanıb.Hacı Şükürov məsələ ilə bağlı daha ətraflı video müsahibə verəcəyini bildirib.Qeyd edək ki,Hacı Şükürov birinci Qarabağ müharibesi veteranıdır.
Şikayətçi bildirir ki, Qalınçaq meşəbəyliyində 9-saylı dolayda yaşıllıqları elə meşə gözətçisi Gözəlov Xəzər Münasib oğlu doğrayır ya buna şərait yaradır.Xəzər Gözəlov 44-günlük Qarabağ müharibəsinin veteranıdır.
Şikayətçi bildirir ki, Xəzər Gözəlovun yaxın qohumları olan, Seyidov İlqar Qələbə oğlu, Şükürov Ziyəddin Eldar oğlu və Qasımov Elşad Ağamazan oğlu meşələri qıraraq şəxsi həyətlərində kömür basdırırlar.
Dünənki tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları və 6- saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları Qalınçaq kəndində yoxlama tədbirləri həyata keçirib və şəxsi həyətlərdə kömür basdıran bir neçə şəxs barəsində inzibati protokol tərtib etmişlər.Bu faktı DİN mətbuat xidmətinin Şəki regional qrupu təsdiqləmişdir.
Redaksiyadan: Sözügedən məsələ tərəfimizdən nəzarətə götürülüb və rayonun digər ərazilərində də meşələrin qırılması faktları haqda bir sıra informasiyalar əldə etmişik.Hətta milli parkın ərazisində də bir sıra qırıntıların aparıldığı haqqında məlumat əldə etmişik.Araşdırmalarımız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Bizi izləməyə davam edin mövzuya yenidən qayıdacağıq.
Simalregion.az