
2 aktyor 1 tamaşa.
Baxın Putin-Tramp tandemi necə də mütəşəkkil formada eyni tamaşanı oynayırlar.
- 1-ci akt.
Uitkoffun Moskvaya səfəri günü Putin çıxışında qeyd etdi ki, ukraynalı həbrçilər Kursk vilayətində mühasirəyə düşüblər və onların ordan çıxmaq ehtimalı yoxdur.
- 2-ci akt.
Tramp post paylaşır.
“Biz Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq və bu dəhşətli, qanlı müharibənin nəhayət sona çata biləcəyi çox böyük bir ehtimal var — ANCAQ ELƏ BU DƏQİQƏLƏRDƏ MİNLƏRLƏ UKRAYNA HƏRBÇİSİ RUS ORDUSU TƏRƏFİNDƏN MÜHASİRƏYƏ ALINIB VƏ ÇOX PİS VƏ HƏSSAS BİR VƏZİYYƏTDƏDİRLƏR. Mən Prezident Putindən onların həyatlarını qorunmasını israrla xahiş etdim. Bu, İkinci Dünya Müharibəsindən bəri görünməmiş dəhşətli bir qırğın olardı. Tanrı onları qorusun!!!”
- 3-cü akt.
Putin bəyan edib ki, Trampın mühasirədə olan ukraynalıların həyatlarını qorumaq çağırışı ilə tanış olub və onların təslim olacağı təqdirdə həyatlarını qorunacağını vəd edib.
Halbuki HEÇ BİR MÜHASİRƏ yoxdur. Bu, Putinin dəfələrlə istifadə etdiyi taktikadır – uydurma bir hadisə üzərindən saxta mərhəmət göstərmək.