
Rayonun Qarabaqqal nümayəndəliyinin ərazisində abadlıq işləri aparılıb
Göyçay rayonu ərazisində aparılan abadlq işləri çərçivəsində rayon icra hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin təşəbbüsü ilə yol kənarlarında təmizlik işləri aparlımışdır.
Nümayəndəliyin əhatə etdiyi Çayarxı və Hacalıkənd kəndlərinin mərkəzi yollarının kənarlarına işçi qüvvəsi cəlb edilərək kol-kosdan, tullantılardan təmizlənmə işləri aparılmış və elektrik dirəklərinin rənglənməsi təmin edilmişdir.
Həmçinin Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin texnikası vasitəsi ilə yol kənarlarından keçən suvarma arxları lil və çöküntülərdən təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılmış və əkin sahələrinin suvarılması yaxşılaşdırılmışdır.