
Amazon-un qurucusu Ceff Bezosa məxsus Blue Origin şirkətinin New Shepard raketinin ötən gün kosmosa növbəti çıxışı tarixə bəşəriyyətin mövbəti nailiyyəti kimi düşdü. Çünki, altı nəfərlik heyyət yalnız qadınlardan ibarət idi. Ekipaja Ceff Bezosun nişanlısı Loren Sançez, müğənni Keti Perri, NASA-nın keçmiş mühəndisi Aişa Bou, hüquq müdafiəçisi Amanda Nquyen, jurnalist Qeyl Kinq və film prodüseri Kerian Flinn daxil idilər.
Təxminən 11 dəqiqə davam edən uçuş müddətində New Shepard raketi Yer səthindən təxminən 100 kilometr hündürlükdə yerləşən kosmosun sərhədi kimi qəbul olunmuş Karman xəttini keçib.
Blue Origin şirkətinin bu missiyası bəşəriyyətin kosmos turizmi əsrinə daxil olduğunu təsdiqlədi. Ekspertlər hesab edir ki, 2035-ci ildə kosmos turizminin dövriyyəsi 500 milyard dollar təşkil edəcək. Gələcəyini düşünən dövlət və xalq bu sektorda kiçik də də olsa pay sahibi olmağı əsas hədəflərindən birinə çevirməlidir.
New Shepard raketinin altı nəfərlik heyyəti yalnız qadınlardan ibarət olması isə bütün qadınlar adına qazanılmış bir uğur, ərəb zehniyyətinə vurulmuş ağır bir zərbədir.