
hüquqimaarifləndirmə – “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib
Dəyişikliklərə əsasən, Qanunun 8-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.
Qanunun həmin maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 8-1.6-cı maddəsinə uyğun olaraq, dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməlidir.