Şamaxıda Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə tədbir keçirilib.

15 aprel 2025-ci il tarixində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə Azərbaycanın dünya mədəniyyət xəzinəsinə verdiyi töhfələrdən söhbət açaraq, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı və təbliği istiqamətindəki fasiləsiz fəaliyyətinə diqqət çəkib. O bildirib ki, hər bir mədəniyyət işçisi dövlət başçısının əsgəri kimi bu qutsal fəaliyyətə öz töhfəsini verməlidir.
Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçilərinin də iştirak etdiyi tədbirdə regionumuzdakı mədəni mühit, mədəniyyət müəssisələrinin fəaliyyəti haqqında müzakirələr aparılmış, əməkdaşları maraqlandıran suallar cavablandırılmışdır.
Regional idarənin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərinin müəllimlərindən ibarət ansamblın müşayiəti ilə xanəndə Teymur Əziz və Elim Ömərovun ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

DağlıqŞirvanRMİ #BeynəlxalqMədəniyyətGünü #mədəniyyət