Ah, vəliəhd şahzadə üçün nə edirəm

Donald Tramp nə qədər kəmağıl olsa da, pulun iyini çox gözəl bilir. İlk rəsmi səfərini də ərəb çoğrafiyasının üç zəngin ölkəsinə-Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliyinə etməsi də bədəvi ərəblərin hər bir tamahkar adam kimi kəmağıl Trampı da ovsunlayan böyük pullarıdır. Səudiyyə Ərəbistanından ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə vədi, 142 milyard dollar dəyərində silah satışı da daxil olmaqla 300 milyard dollarlıq müqavilələr bağlanmasına nail olan Tramp Ər-Riyaddakı investisiya forumunda çıxışı zamanı Suriyaya qarşı sanksiyaları ləğv edəcəyi ilə bağlı açıqlamasının qaynağına işarə edərək “Ah, vəliəhd şahzadə üçün nə edirəm” (Oh what I do for the crown prince) deyib. Bəzi təhlilçilər Trampın bu açıqlamasını istehza kimi dəyərləndirsə də, qənaətimçə Tramp bu açıqlaması ilə Məhəmməd peyğəmbərdən sonra ən ağıllı ərəb adlandırılan Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ərəb çoğrafiyasının siyasi lideri kimi tanınmasını təmin edib.
Belə görünür ki, Səudiyyə Ərəbistanın faktiki hökmüdarı olan vəliəhd şahzadə Məhəmməd bin Salmanın kral tacını başına qoyması artıq zaman məsələsidir.