
Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Kibercinayətkarlığa qarşı mübarizə “ mövzularında növbəti tədbir keçirilib.
Narkomaniyanın fəsadları, insan sağlamlığına zərərləri barədə məktəbliləri məlumatlandıran RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev onları gələcəkdə də zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Daha sonra çıxış edən polis əməkdaşları kibertalamalarla bağlı şagirdləri maarifləndirib, mübarizə üsulları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.