Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO

Birinci Qarabağ Müharibəsində Murovdağda itkin düşmüş Elşən İsaməddin oğlu Ərzumanovun nəşi 32 ildən sonra doğulduğu Quba rayonuna gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidin cənazəsi Quba şəhərinin girəcəyində rayon rəsmiləri, ziyalılar, gənc və məktəblilər, doğmaları tərəfindən xüsusi ehtiramla qarşılanıb.

Vaxtilə yaşadığı evdə təşkil olunan vida mərasimindən sonra Elşən Ərzümanovun nəşinin qalıqları Quba şəhərindəki Şəhidlər Xiyabanına gətirilib.

Hərbi orkestrm ifasında Azərbaycanın Dövlət hiimni səslənib. Elşən Ərzümamov 32 ildən somra doğma rayonunda torpağa tapşırılıb.

Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşı açılıb. Quba icra başçısı İlqar Mahmudov şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağını Elşənin qardaşına təqdim edib. Bildirib ki, Qarabağ uğrunda həyatını itirən hər bir şəxs Azərbaycan xalqının sevimlisi olaraq qəlblərdə yaşayacaq.

Aytəkin Alxaslı, Bizim Media, Şimal Bürosu