Paradoksal bir vəziyyət. Həkim Novruz Əlimirzəyev Qəbələ rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə gəlmək üçün dələduzlara 250 min manat pul verir. Sonradan aldadıldığını bilib, etdiyi şikayət əsaında 5 nəfər dələduz həbs edilir və məhkəmənin hökmü ilə uzun müddətli azadlıqdan məhrum edilirlər.
Baş həkim ayda 700 manat maaş alır, Novruz Əlimirzəyev isə bu vəzifəyə gəlmək üçün 250 min manat pul verir. Hamıya məlumdur ki, Novruz həkimin niyyəti, vəzifəyə gəlib, talançılıq etmək olub. Sadəcə çirkin niyyətini dələduzlar həyata keçirməyə qoymayıblar.
Əslində dələduzluğa görə həbs edilmiş 5 nəfər cinayətkar dəstənin rəhbəri elə Novruz Əlimirzəyev özü olub. Ancaq çox qəribədri ki, cinayətkar dəstənin rəhbəri zərəçəkmiş şəxs qismində tanınıb.

Fuad Hüseynov jurnalist