
Azadlıq radiosunu Avropa İttifaqı maliyyələşdirəcək?
Çexiyanın Xarici İşlər Naziri Yan Lipavski 17 martda avropalı həmkarları ilə görüşdə Donald Tramp administrasiyasının maliyyələşdirmədən məhrum etdiyi “Azad Avropa/Azadlıq Radiosu”nun fəaliyyətinin davam etdirilməsi məsələsini qaldıracaq.
Lipavski bildirib ki, “Belə bir yayımın davam etməsi Avropanın maraqlarına cavab verir. Totalitarizmin qonşuluğumuzda çiçəklənməməsi bizim marağımızdadır.”