Məlum olduğu kimi yaxın günlərdə prezident cənab İlham Əliyevin İsmayıllı rayonuna səfəri nəzərdə tutulur.Dövlət qurumlarından daxil olan məlumata əsasən cənab prezident gəlişi zamanı “Coca-Cola”zavodunun açılışını həyata keçirəcək və gələcəkdə İsmayıllı və ətraf rayonlarda yeni-yeni iş yerlərinin yaradılması istiqamətində addımlar atacaq.

Hər kəs bilir ki, İsmayıllıda qeyd olunan “Coca-Cola” zavodunun ərsəyə gəlməsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov cənablarının böyük əməyi var.Bu zavodun fəaliyyətə başlaması nəticəsində rayonda xeyli şəxslər işlə təmin olunacaq və bu istiqamətdə rayona böyük maliyyə vəsaitləri daxil olacaq ki, bu da rayondaxili məsələlərdə ,cənab prezidentin dediyi kimi vətəndaş məmnunluğunu təmin edəcək.

Son günlər bəzi sosial şəbəkələrdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid müəllim sözün həqiqi mənasında hədəfə götürülüb və təbii ki, bu da səbəbsiz deyil.Məsələ bundan ibarətdir ki, İsmayıllıda böyük layihələrin həyata keçirilməsi bəzi dairələri bərk narahat edir və hətta qonşu rayonların qısqanclığına səbəb olur.Buna görə İsmayıllı rayonu və rəhbərliyi haqqında həqiqətə uyğun olmayan müxtəlif uydurmalar sosial şəbəkələrdə paylaşılır.

Hesab edirik ki, İsmayıllıda tezliklə bütün aspektlər üzrə böyük layihələrin icrası prosesində hər birimiz iştirak edəcəyik və dövlət başçısının rayon rəhbərliyinə necə etimad göstərdiyinin şahidi olacayıq.İsmayıllı əhalisi Nahid müəllimlə bütün məsələləri müzakirə etmək imkanına malikdir.Çünki əvvəlki icra başçıları kimi aralarında sədd yoxdur.Nahid Bağırov cənabları vəzifənin ona yalnız xalqa xidmət etmək üçün,cənab prezident tərəfindən verildiyi məsuliyyətini çiyinlərində daşımaq gücünə malikdir.

Şimal region .az saytı olaraq icra hakimiyyəti başçısı Nahid Bağırov cənablarına gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.