
Novruz bayramında yollarda qaydalara əməl edək ki, bayram əhvalımız dəyişməsin. Bayram günlərində nəqliyyatın hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq polis gücləndirilmiş rejimdə xidmət aparacaqdır. Hər bir yol hərəkəti iştirakçısından diqqətli olmağı və qaydalara riayət etməyi xahiş edirik.
Uzun səfərlərdən əvvəl avtomobilinizi yoxlayın!
Yorğun halda sükan arxasına keçməyin!
Sürət həddini aşmayın!
Bir daha bayramınızı təbrik edirik və hər kəsə təhlükəsiz səfərlər arzulayırıq! 🚗🎉