ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçiliyi dayandıra bilər

Razılaşmanın aydın əlamətləri olmasa, ABŞ Rusiya və Ukrayna arasında sülhə nail olmaq səylərini “tezliklə” dayandıra bilər. Bunu Parisdə ABŞ dövlət katibi Marko Rubio Ukrayna və digər Avropa ölkələrinin nümayəndələri ilə görüşlərdən sonra deyib. Bundan əvvəl o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp hələ də razılıq əldə etməkdə maraqlıdır, lakin onun dünyada bir çox başqa prioritetləri var. Rubio vurğulayıb ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı razılaşmanın mümkün olub-olmadığını tez bir zamanda müəyyən etmək lazımdır. Əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ kömək etməyə hazırdır.