
Hesablama palatası: “Məktəblərin tikintisində podratçı şirkətlərə artıq pullar ödənilib”
Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyinin tabeliyində olan idarədə 53,5 milyon manatın istifadəsinə dair audit aparılıb.
Audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb.
5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.
Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə qaytarılması qərara alınıb.