
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi qardaş Türkiyə və bütövlükdə region üçün çox pis xəbərdir.
Hazırda Türkiyənin qarşısında inkişafın daha bir üst səviyyəsinə keçmək üçün tarixi fürsətlər yaranıb. Türkiyənin Avropa İttifaqına inteqrasiyası üçün heç zaman bu qədər əlverişli şərait olmayıb.
Türkiyə dövlət rəhbərliyinin səylərilə PKK terrorunun tamamilə bitmək ərəfəsində olması, Türkiyənin regionda və bütövlükdə dünyada nüfuz və təsirinin artması qardaş ölkənin önündə inkişaf üçün daha da geniş imkanlar açır.
Belə bir şəraitdə Türkiyə ana müxalifətinin prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsi Türkiyə daxilində siyasi mübarizəni kəskinləşdirə, ölkənin inkişafı üçün açılmış imkanların tıxanmasına səbəb ola bilər.
Türkiyə rəhbərliyinin ölkənin inkişafına əngəl olacaq məhdudlaşdırıcı qərarlardan yayınacağına ümid edirəm.
Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir.