Elə insanlar var ki, sadəcə fədakardır. Fədakarlıq könüllü olanda faydalı olur. Yasamal rayonun 4 sakini 4 avtomat silahı, 4 patron darağı və 173 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib. İllərlə orda-burda gizlətdiyi silahların ona lazım olmayacağını anlayıb. Qanunsuz odlu silah könüllü təhvil verildikdə şəxs məsuliyyətdən azaddır. Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi yaradır. Biz həmin vətəndaşlara təşəkkür edirik.