
Putin-Tramp telefon danışığı.
İlk növbədə qeyd etmək lazımdır ki, tarixdə ABŞ və Rusiya prezidentləri arasında ən uzun müddətli telefon danışığı oldu-2 saat 28 dəqiqə 30 saniyə. Müqayisə üçün Baydenin Putinlə telefon danışığı 50 dəqiqə, Obamanın Putinlə telefon danışığı isə 20 dəqiqə çəkmişdi.
Rəsmi bəyanatlarlı oxuyaq.
İlk bəyanatı Kreml verdi, əsas tezislərlə tanış olaq:
- Kreml, 30 günlük atəşkəs üçün Ukraynada səfərbərliyin dayandırılmasını, həmçinin hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsinin tamamilə dayandırılmasını tələb etdi.
- Tramp, 30 gün ərzində enerji infrastrukturuna zərbələrin endirilməsindən imtina etməyi təklif etdi. Putin razılaşdı və ordusuna müvafiq göstəriş verdiyi bildirildi.
- “Böhranın əsas səbəblərinin aradan qaldırılması” və “Rusiyanın təhlükəsizlik sahəsində maraqlarının nəzərə alınması” zərurəti barədə fikirlər təkrarlanıb.
- Sabah 175-175 əsir mübadiləsi baş tutacaq.
- Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair təşəbbüs ilə bağlı danışıqlar aparılacaq.
- Rusiya və ABŞ arasında danışıqlar üçün işçi qruplar yaradılacaq.
- NHL və KHL oyunçuları arasında xokkey matçları təşkil ediləcək.
Kremlin bəyanatından sonra Ağ Ev də bəyanat verib:
- Sülhə doğru hərəkət enerji infrastrukturuna zərbələrin dayandırılması ilə başlayacaq.
- Qara dənizdə atəşkəsin bərqərarı, hərbi əməliyyatların tamamilə dayandırılması və dayanıqlı sülh üçün danışıqların başlanmasının anonsu verildi. Bu danışıqlar Yaxın Şərq regionuna dair dərhal başlayacaq.
- Ukrayna və Rusiyanın qanı və büdcəsi xalqların ehtiyaclarına sərf olunsa, daha yaxşı olardı. Müharibə heç vaxt başlamamalı idi və çoxdan bitməli idi.
- ABŞ və Rusiya arasındakı münasibətlərin böyük potensialı var, xüsusilə də sülh əldə edildikdə iqtisadi anlaşmalar və geosiyasi sabitlik sahəsində imkanlar genişdir.
Nəticə etibarı ilə:
Heç bir ciddi məsələ həllini tapmayıb(təbii ki xokkey matçların keçirilməsindən başqa🙂), Trampın 30 günlük atəşkəs təklifi faktiki olaraq Putin tərəfindən qəbul edilməyib, infrastruktura zərbələrin dayandırılması ən çox elə Putinə sərf edir, ona görə ki, USQ-nin zərbələri Rusiya üçün çox ağrılıdır, Avropanın sülhməramlı kontingenti sualı açıq olaraq qaldı, 30 günlük atəşkəs təqdirdə Rusiyanın tələblərinə ABŞ-ın münasibəti açıq sual olaraq qalıb və s.
Kamran Cəfərov politoloq