Müsahibimiz Əlinin 28 yaşı var. Bakının Yasamal rayonunda böyüyüb. 10 il narkotik istifadə edib. Artıq 3 ildir “ayıqdır” və hazırda “12 Addım” Reabilitasiya Mərkəzində çalışır.

“Stop narkotik”ə danışan Əli deyir ki, narkotik istifadəsinə yeniyetmə yaşlarında, hələ 8-ci sinifdə oxuyanda başlayıb. Uşaqlıqda belə başa düşürmüş ki, məhlədə naroktik istifadə edən şəxslərə hamı hörmət edir. Bu səbəbdən, o da yeniyetmə yaşlarından həmin “hörmətli şəxslərin” yanında olmaq, onların “kruquna” daxil olmaq üçün narkotik istifadə etməyə başlayıb.

Onu sözlərinə görə, sakit təbiətli, utancaq uşaq olduğundan ailədə kimsə ondan şübhələnməyib. Əslində, narkotiki həm də utanc hissindən xilas olmaq üçün istifadə edib. Valideynləri düz 6 il sonra onu narkotik istifadə etdiyini bilib. Bundan sonra narkotikdən uzaq durmasına çalışsalar da, bu, 4 il sonra mümkün olub.

Əli bildirir ki, dəfələrlə “ağ ölüm”dən xilas olmağa çalışıb. Hətta bu məqsədlə Məşhəd ziyarətinə də yola salıblar. Lakin ziyarət zamanı da narkotik axtarıb, amma tapa bilməyib.

Müsahibimiz deyir ki, narkotik almaq üçün dəfələrlə evdən və mağazalardan oğurluq edib. Bəzən üstü açılsa da, həbsdən xilas olmağı bacarıb.

Əli onu da deyir ki, bəzi hallarda narkopritonlara da gedirmiş. Hansı ki, orada oğlanlarla yanaşı, narkotik istifadəçisi olan qızlar da olurmuş. Onlar əksər hallarda eyni “şpris”dən istifadə edirlərmiş…

Buyurun, Əlinin 10 illik həyat hekayəsini öz dilindən eşidin.

Stopnarkotik.az

https://youtube.com/watch?v=L8_afOvaah4%3Fautoplay%3D1%26start%3D0%26rel%3D0