İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında uzun illər səmərəli fəaliyyət göstərən həkim-travmatoloq Malik Əliyev 70 yaşı tamam olması münasibətilə xəstəxananın direktoru Vidadi Rəhimov və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Fizuli Əhmədov tərəfindən Fəxri Fərmanla təltif olunub.

Baş həkim Nərgiz Rəhimova Fəxri Fərmanı həkimə təqdim edib və öz xoş arzularını ona çatdırıb. Həmçinin digər həkimlər də uzun illər birgə fəaliyyət göstərdiyi müddətdə Malik həkimlə bağlı xatirələrindən danışıb, Ona sağlam, xoşbəxt ömür arzulayıb.