Yaponiya Ukraynaya 3 milyard dollara yaxın vəsait ayırır

Bu barədə sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome imzalayıblar.

Yaponiya hökuməti tərəfindən ayrılan vəsait ümumi həcmi təxminən 50 milyard ABŞ dolları olan G7 ölkələrinin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) mexanizminin bir hissəsidir. Kredit dondurulmuş Rusiyanın suveren aktivlərindən gələcək gəlirdən ödəniləcək. Bundan əvvəl Kiyev Londonla da analoji müqavilə imzalamışdı. Müqaviləyə əsasən, Böyük Britaniya artıq Ukraynaya hər biri 990 milyon dollarlıq iki tranş ayırıb.