Time TV Avropa mediasının bu saatlarda yaydığı məlumata istinadən bildirir ki, Avropa İttifaqı Rusiya işğalına qarşı Ukraynaya dəstək məqsədilə 150 milyard avroluq Müdafiə Fondu yaradırlar. Artıq bununla bağlı Avropa İttifaqı səfirləri razılaşıblar. Fond hərbi fond olacaq.
Xatırladaq ki, fondun yaradılma təklifi Avropa Komissiyası tərəfindən mart ayında təklif edilmişdi. Fond birgə borclanma ilə dəstəklənəcək , həmçinin Aİ üzvlərinə və Ukrayna da daxil olmaqla digər ölkələrə kredit verəcək.
Bu vəsait həm də müdafiəni gücləndirmək və silah sənayesini inkişaf etdirmək üçün layihələrə də yönəldiləcək.