
Bildiyiniz kimi bu ilin yanvar ayının 29-da ölkəmizdə yeni bələdiyyə seçkiləri keçirildi və bələdiyyələr hazırkı dəyişikliyə uyğun olaraq bir neçə kənd ,qəsəbəni özündə birləşdirir.Hazırki situasiyada hesab olunur ki,belə fəaliyyət yaxın gələcəkdə bələdiyyələrin fəaliyyətinə daha da stimul verəcək, eyni zamanda yerli özünüidarəetmə orqanlarına əhalinin inamını qazanmaq imkanları tanıyacaq.
İsmayıllı rayonunda yeni bələdiyyə qurumlarının fəaliyyətini daha yaxından izləmək və KİV bələdiyyə qurumlarının birgə əməkdaşlığını təmin etmək məqsədilə rayonun Quşencə bələdiyyəsinin sədri hörmətli Şəmistan Xıdırovla görüşüb yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə və görülmüş işlər barədə məlumat aldıq.Hörmətli sədr bəzi məlumatları bizimlə bölüşdü.Məmuniyyətlə həmin informasiyanı rayon ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik.Hesab edirik ki,bu hal eyni zamanda insanların maarifləndirilməsi istiqamətində gözəl addımdır.
Bələdiyyə sədri: Fəaliyyət göstərən vaxtdan Quşencə kəndi ərazisində məişət tullantılarının təyinat yerinə yəni poliqona daşınması işini təşkil etmişik və bu proses tərəfimizdən təşkil olunmuş şəxsi yük avtomobili vasitəsilə həyata keçirilir.Həftədə 1- dəfə 4-cü günü məişət tullantılarının yığılması, daşınması prosesi həyata keçirilir və bu çox uğurla davam edir, eyni zamanda əhalinin razılığına səbəb olur.Bu kimi addımlar həm də kənd ərazisində ətraf mühitin qorunmasına,təmiz qalmasına səbəb olur.Gələcəkdə rayonun aidiyyatı qurumları ilə bu kimi tədbirlərin daha səmərəli təşkili ətrafında müzakirələr aparılıb və hesab edirəm ki,çox müsbət nəticə olacaq.
Biz eyni zamanda Balik qəbristanlığına su xəttinin çəkilməsi işini həll etmişik və bu məqsədlə su matoru,su çəni alınıb ki,yaxın günlərdə həmin proses yekunlaşacaq və qəbristanlıqda su problemi aradan qalxacaq.
Quşəncə kəndinin girəcəyində müasir formada sol tərəfdə kəndin adı,sağ tərəfdə şəhidlərin şəkli olan xatirə yeri tikiləcək əraziyə artezian quyusundan su çəkiləcək və şəhid bulağı tikiləcək.
Ötən ilin noyabr ayından etibarən Göyçay rayonunun Ləkçiplaq kəndindən 200 ədəd şam ağacları gətirilərək,şəhid məzarlarının ətrafında,qəbristanlıqların ətrafında və ərazi nümayəndəliyinin həyətində əkilib.
Bələdiyyəmiz ərazidə qeyri -qanuni zəbt olunmuş örüş yerləri, həyətyanı sahələrdə əlavə zəbtlərin buraxılması ilə bağlı tədbir görür və hər ayda bir dəfə əhalini maarifləndirmək məqsədi ilə Quşencə,Zoğallıq,Enişdibi,Vəng, Ruşan kəndlərində tədbirlər keçiririk.
Balik kəndində dövlətin layihəsi əsasında elektrik təsərrüfatı yenidən qurulur ki, bu da əhalinin razılığına səbəb olur və bu işlər yaxın 10- gün ərzində yekunlaşacaq.Bələdiyyəmizin ərazisində əvvəlki illərə baxanda əhali hazırda vergi borclarının verilməsi işində xeyli fəallaşıb.Çünki biz mütəmadi şəkildə əhali ilə təmaslarda oluruq, tədbirlər həyata keçirir insanları bu prosesin zəruri olduğuna inandırırıq.Hesab edirəm ki, yaxın vaxtlarda ərazidə daha gözəl işlərin görülməsi prosesinə hər birimiz şahidlik edəcəyik.Fürsətdən istifadə edib bunu da qeyd etmək istəyirəm ki, rayon rəhbərliyi daima bələdiyyələrə dəstək olur, hər-hansı problemi həll etmək üçün öz köməkliyini əsirgəmir.Cənab prezident həmişə ciddi şəkildə tapşırıq verir ki, vətəndaş cəmiyyətinin məmnunluğunu təmin etmək hər bir məmurun, vəzifə sahibinin müqəddəs borcudur.İnşallah daha da yaxşı işləmək üçün var qüvvəmizlə çalışırıq.
Redaksiyadan: Bələdiyyə sədri hörmətli Şəmistan müəllimin səmimi qəbulu və suallarımıza cavabı bizdə xoş təəssürat yaratdı.Buna görə Quşencə bələdiyyəsinin bütün kollektivinə başda Şəmistan müəllim olmaqla təşəkkür edir və gələcək fəaliyyətində müvəffəqqiyyətlər arzulayırıq.
Şimalregion.az