İsmayıllıda bələdiyyələrin fəaliyyətinə dair daha bir görüşümüz Qalınçaq bələdiyyəsində oldu.Qalınçaq bələdiyyəsinə daxil olan kəndlərin siyahısını təqdim edirik.Qalınçaq,Topçu,Qurbanəfəndi,Xanagah, Buynuz,Buynuz meşə,Göytəpə,Mücəftəran.Bələdiyyə sədri əslən Qurbanəfəndi kəndindən olan Kamil Allahverdiyevdir.

İlk öncə səmimi qəbula görə hörmətli Kamil müəllimə və sair bələdiyyə üzvlərinə dərin təşəkkürümüzü bildiririk.

Bələdiyyə artıq ədliyyə nazirliyindən nizamnamə və möhürunü alıb.Mücəftəranda 30 hektar örüş sahələri vaxtı ilə əhali tərəfindən zəbt olunmuşdu və bələdiyyə həmin örüş sahəsinin açılaraq yenidən əhalinin istifadəsinə verilməsini təmin edib.

Göytəpə kəndində böyük ərazidə yerləşən,zəbt olunmuş örüş yerləri açılaraq əhalinin istifadəsinə verilib.

Xanagah kəndində sel sularının ziyan vurduğu ərazilər 3-dəfə təkrar bərpa olunub və bütün proseslər bələdiyyə şurasının daxili imkanları hesabına həyata keçirilib.

Qurbanəfəndi kəndi ərazisindən keçən Bakı-Gürcüstan avtomagistral yolunu güclü yağan yağışlar nəticəsində sel suları yararsız hala salmışdır və bu ərazidə bələdiyyə hesabına yenidənqurma işləri aparılmışdır.

Qalınçaq kəndində zəbt olunmuş kənd arası yollar bələdiyyə tərəfindən açılaraq əhalinin istifadəsinə verilib.

Göytəpə qəbristanlığında artezian quyusunun qazılması planlaşdırılır eyni zamanda Xanagah qəbristanlığı dolduğu üçün yeni qəbristanlıq ərazisinin ayrılması planlaşdırılır və həm də ora da su xəttinin çəkilməsi üzərində işlər gedir.

Topçu, Buynuz kəndlərində əhalinin içməli su problemini həll etmək üçün artezianların vurulması nəzərdə tutulub.

Qurbanəfəndi kəndinin əsas, mərkəzi küçəsinin asfaltlaşdırılması nəzərdə tutulub.Həm də Xanagah kəndində içməli su ilə bağlı yeni artezian quyusunun qazılması üçün işlər aparılır.

Bələdiyyə torpaqlarında fərdi tikinti üçün torpaqlarda zəbtlərin buraxılması ya sənədləşdirilməsi ilə bağlı hər bir vətəndaşa rəsmi məktub göndərilib və onlara qanunvericiliyin tələbləri izah olunub.

8 kənddə yaşayan şəhid ailələrinə bələdiyyə hesabına həyətyanı torpaqların verilməsi təmin olunub.Məsələn, Xanagahdan şəhid anası Züleyxa Bünyatovaya 12 sot torpaq sahəsi bələdiyyə hesabına sənədləşdirilərək verilib, Qalınçaq kəndində Qasımov Xəqani müraciət edib və hazırda həmin torpaq sahəsinin sənədləri bələdiyyə tərəfindən hazırlanır.

8- kəntdə əhalinin ümumi vergi borcu 300.000 üç yüz min manatdan çoxdur.Hazırda bələdiyyə təkmilləşdirmə işləri aparır və bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilir.Biz əhaliyə vergi borclarının ödənilməsi ilə bağlı hələlik bildiriş formasında müraciət edirik, ancaq yaxın gələcəkdə bu proses daha təkmil şəkildə SMS şəklində həyata keçiriləcək.Əgər vergilər vaxtlı-vaxtında ödənilsə bələdiyyə kəndlərdə xeyli işlər görə bilər.Məsələn:Xeyr-şər evlərinin tikintisi,yol, infrastruktur layihələri və sair.Yeni sistemaə görə bələdiyyə şurası hər 6 aydan bir əhaliyə hesabat verməlidir və bu da öz növbəsində hesabatlılıq yaradır, eyni zamanda qarşılıqlı etimad,inam yaradır.Yəni vergi ödəyicisi bilir ki,onun bələdiyyə hesabına ödədiyi maliyyə vəsaitləri hara,necə,nə qədər sərf olunur.Biz bütün işləri rayon rəhbərliyi ilə kordinasiyalı şəkildə həyata keçirir və həmişə rayon rəhbərliyinin köməyini hiss edirik.

Redaksiyadan: Qalınçaq bələdiyyəsinin sədri başda olmaqla bütün kollektivinə gələcək fəaliyyətində müvəffəqqiyyətlər arzulayırıq.

Şimalregion.az