
Hörmətli cənab Prezident!
Biz, İsmayıllı rayonunun şəhid anaları olaraq, Sizə dərin minnətdarlığımızı ifadə edirik. Sizin müdrik rəhbərliyiniz və üzüqgörən siyasətinizin nəticəsində Azərbaycan dövləti tarixinin ən şanlı dövrlərini yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda dövlətimizin gücünün və xalqımızın birliyinin parlaq təcəssümüdür.
Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı bizə dövlətimizin yanımızda olduğunu hiss etdirir. Bu dəstək həm mənəvi təsəlli, həm də gündəlik həyatımızın asanlaşması üçün real imkanlar yaradır. Biz Sizi övladlarımızın qanı ilə yazılmış Zəfərin memarı kimi qəbul edirik və liderliyinizlə qurulan gələcəyə böyük ümidlə baxırıq. Xüsusilə vurğulamaq istəyirik ki, İsmayıllı rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri bizə gələcəyə böyük ümidlə baxmağa imkan verir. Sizin göstərişlərinizlə rayonumuzda yeni iş yerləri açılır, küçələr asfaltlanır, müasir işıqlandırma sistemləri qurulur və şəhid ailələrinə xüsusi diqqət göstərilir. Bu işlər yalnız şəhid ailələri deyil, bütün İsmayıllı sakinləri üçün qürur mənbəyidir.
Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı daha böyük uğurlar qazanacaq və ölkəmiz dünya miqyasında layiqli yerini daha da möhkəmləndirəcək.
Biz Sizinlə fəxr edirik.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Dərin hörmət və ehtiramla,
şəhid anaları adından,
Mirzəliyeva Aynurə Şükür qızı, şəhid anası
Azərbaycan Respublikası, İsmayıllı rayonu.