
Qüsurlu uşaqların hesabına varlananlar
Məktəbdə Sahil Babayev üçün pul yığılır
Sumqayıt Şəhər Evdə Fərdi Təhsil məktəbində baş verən qanusuzluqlar barədə poçtumuza şikayət məktubu daxil olub. Müəllif adının anonim qalmasını xahiş etməsi bizi təəccübləndirdi. Ona görə də axtarış sistemində həmin məktəbin adını yazıb nəticələri gözdən keçirdikdə bu başıbəlalı məktəblə bağlı o qədər neqativlər üzə çıxdı ki, saymaqla qurtarmaz. Müəllifin adının anonim saxlanması barədə xahişinin səbəbi də axtarışın nəticəsindən məlum olur. Axtarışın nəticəsində bəlli olur ki, məktəbdəki qanunsuz əməlləri indiyədək ictimailəşdirirən əməkdaşlar da cəzasız qalmayıb. Ona görə də məktubda qeyd olunanları ictimaiyyətin nəzərinə çatdırmaq qərarına gəldik.
Məktubda deyilir: “Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbində yeni Maliyyə Naziri Sahil Babayevin adına pul yığılır. Direktor Vladimir İbrahimov məktəbin ştatlı müəlimlərindən 300-400 manat, saathesabı dərs deyən müəllimlərindən isə 150 manat pul tələb edir”. Müəllif iddia edir ki, əvvəlki direktorların dövründə yaşanan qalmaqallar səbəbindən indiki direktor pulları yığdıqca məbləğ şişmədən tez-tez aparıb evində qoyub qayıdır. Evə tez-tez getməsini isə böyrəklərinin xəstə olması ilə əlaqələndirir. Deyilənlərə görə həmin evi məktəbdə dərs bölgüsündən yığılan pulların müqabilində 150 min manata əldə edib. Şikayətçi daha sonra qeyd edir: “Kollektivə elan olunub ki, iyunda dərs bölünəcəy, Sahil Babayevin siyahısına qoşulmayana dərs verilmiyəcək. Yoxlama aparan komissiya sədri Arzu pul yığımına özü nəzarət edir. Dərs bölgüsünü düzgün aparmadığı, çoxlu qanunsuz işlər gördüyü, sənədlər qaydasında olmadığı üçün cərimələnən direktor Vladimir İbrahimov 67 yaşlı müavini Diləfruzla əlbir olub həmin cəriməni kollektivə ödətdirir. Adını qoyurlar ki, Sahil Babayevə yığırıq, məktəbi bağlamasın. Elm və Təhsil Naziri Emin Əmrullayev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov isə Vladimir İbrahimovdan çəkinir, çünki arxasında regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva durub. İlhamə Abdullayeva yeganə müdirdir ki, Emin Əmrulayev və Eşqi Bağırovun onu işdən çıxarmaga gücü çatmır”.
Şikayətçi sonda bildirir ki, əgər doğrudan da Sahil Babayevin, Emin Əmrullayein və Eşqi Bağırovun bu əməliyyatdan xəbərləri yoxdursa, onda bu pulyığma kampaniyasına son qoyulsun.
Məsələ ilə bağlı MÜTDA-ya müraciət etsək də cavab verən tapılmadı.
Azadlıq qəzeti.