Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd”verildi.
Azərbaycan Həmkarlar ittifaqları konfederasiyasının (AHİK) üzrə təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə adlı təqaüd təqdim edilib.
Onların arasında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-in “Tibb bacısı( qardaşı)” ixtisası üzrə 2-ci kurs tələbəsi Calalova Fidan Fərhad qızı da var.
ATİAHİRK-nin “Adlı təqaüd” layihəsi 1995- ci ildən həyata keçirilir. indiyədək 3179 tələbə bu təqaüdə layiq görülüb.
Tələbəmizi təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.