Göyçayda vətəndaşların növbəti qəbulu keçirilib

22 iyul 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu təşkil olunub.
Qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.
Ümumilikdə qəbul zamanı 30 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.