
Rusiya hakimiyyətindən növbəti həyasızlıq
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynada atəşkəs haqqında memorandum imzalamaq üçün həmin ölkənin xalqı yeni prezidenti seçməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin direktoru Maksim Musixin cümə axşamı, mayın 22-də TASS-a müsahibəsində deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski legitimliyini itirib və buna görə də beynəlxalq sənədləri imzalaya bilməz.
O, daha sonra qeyd edib ki, memorandumu “xalqın mandatı olan şəxs” imzalamalıdır, çünki “əks halda problemlər yaranacaq”.
Azadlıq qəzeti