İkinci Dünya Müharibəsindən sonra formalaşmış, Sovet İttifaqının dağılmasından sonra korrektə olunan dünya düzəni artıq mövcud deyil. Yeni dünya düzənin necə olacağını birmənalı söyləmək çox çətindir. Ümumi olaraq isə yeni dünya düzəni ilə bağlı beş mövqe var.
ABŞ-ın (Tramp adminstrasiyası), Böyük Britaniyanın, Avropa İttifaqının (Fransa-Almaniya), Rusiyanın və Çinin gələcək dünya düzəni ilə bağlı bir-birindən fərqli, ziddiyətli və bir çox hallarda toqquşan mövqeyi mövcuddur.
Azərbaycan xalqının həyati maraqlarına ən çox cavab verən Böyük Britaniyanın formalaşdırmağa çalışdığı dünya düzənidir. ABŞ-ın düzənləməyə çalışdığı dünya nizamı da təxminən 95 faiz Azərbaycan xalqının maraqlarına uyğundur. Avropa İttifaqının (Fransa-Almaniya) istiqamət vermək istədiyi dünya düzəni Azərbaycan xalqının həyati maraqlarına uyğun olmasa da, təhlükə də yaratmır. Çin və Rusiyanın birlikdə və ayrı-ayrılıqda formalaşdırmağa çalışdıqları dünya düzəni isə Azərbaycan xaqlının maraqları üçün böyük təhlükədir.

Xəqani Cəfərli politoloq