
İşə düşmüşük də.
Ramiz Yunus illərlə Müsavata qarşı kampaniya apardıqdan sonra birdən-birə Əliyevlərin qucağında peyda oldu.
İndi də qardaşı Arif Yunus Müsavata qarşı böhtan kampaniyası aparır.
Qənimət Zahidin “Azərbaycan saatı” nda deyib ki, Müsavat Tofiq Yaqublunun azadlığı üçün bir bəyanat da verməyib.
Prezident Aparatına gedirlər, amma Tofiq bəyin azadlığını tələb etmirlər.
Sözü deməzdən əvvəl bir maraqlan gör Müsavatın son aylarda Tofiq Yaqublunun həbsi ilə bağlı məsələnin qaldırılmadığı, onun azadlığının tələb edilmədiyi çoxmu açıqlaması var?
Siyasi məhbuslar məsələsindən diqqətin yayınmaması üçün digər bütün problemlərin müzakirəsinə az qala moratorium qoymuşuq.
Heç olmasa Tofiq Yaqublunun məhkəmə proseslərindən reportajları izlə, internet resurslarında yayılan yüzminlərin izlədiyi müsahibələrlə, Müsavat Partiyasının beynəlxalq qurumlarda təşkil etdiyi müzakirələrlə tanış ol, Tofiq Yaqublunun azadlığa buraxılması tələbləri ilə bağlı beynəlxalq mətbuatda dərc olunan yazıları oxu.
Müsavat Partiyası uzun illərdir ki, Tofiq Yaqublunun da, bütün siyasi məhbusların da müdafiəsi və azadlığa çıxması üçün gərəkən bütün işləri təmənnasız və reklamsız olaraq görüb və görməkdədir.
Təbii ki, siyasi məhbusların müdafiəsi işinin yalnız qrant alıb monitorinq aparılması barədə hesabat yazmaqdan ibarət olduğunu düşünənlər bunu anlamaz.
Bir də ki, adama deyərlər sən politoloqsan, yoxsa küçə qeybətçisisən, ya falçısan, bütün siyasi fəaliyyəti dövründə HEÇ VAXT hakimiyyətlə sövdələşməyə getməyən Müsavatın Prezident Aparatına getdiyini harada görmüsən?