Soruşuruq ki, bilirdiz belə hallar var və sizi aldada bilərlər???Bütün suallarımıza “NƏM”deyə cavab verir…

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27283 AZN oğurlanıb. Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz.

Seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21000 manat kredit çəkilib. Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib…

Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.

Təhlükə var, SƏN də tələyə düşə bilərsən…Diqqətli ol…