
“Papaq” filminin hamam səhnəsi çəkiləndə istirahət vaxtı Əliağa Ağayev çıxır çölə ki, bir az hava alsın. Oturur hamamın qabağında.. Bir nəfər “Volqa”da keçəndə görür ki, məşhur aktyor oturub. Tez maşını saxlayıb deyir: “Əliağa qədeş, nə qulluq, sənün xətrivi dünyalar qeder istiyirem”. Hava da möhkəm isti imiş.. Aktyor kişiyə deyir ki, “qulluğ sahibi olasan..Bir az sərin qarpuz-yemiş, təzə pamador -xiyar gətirsən, yaxşı olar..” Kişi “baş üstə” deyib gedir.. Bir azdan əlində yekə məcmeyidə qarpız, yemiş, sərin pivə, pamidor, xiyar, armud gətirir… Əliağa əmi qoyur qabağına… Kino çəkənlər, texniki işçilər hərə bir tərəfədən gəlib birini götürür… Əliağa əmi deyir ki, “a bala, bir-bir”.. İşçilərdən biri deyir ki, “Əlağa əmi “obşiy” deyil bu? Əlağa Ağayev özünə məxsus səslə deyir ki, “Adə, hamam obşidi.. Bu mənimdü…”
(c)