
Göyçayda Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib
25 aprel 2025-ci il tarixdə YAP Göyçay rayon təşkilatının inzibati binasında Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Dəyirmi masada rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayonun səhiyyə, təhsil və mədəniyyət sahələrində çalışan qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, bu gün biz Zərifə xanım Əliyevanın gözlərə nur verən işığına toplaşmışıq. Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı Ulu Öndərin ən yaxın silahdaşı, ölkə prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.
Çıxış edənlər YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi Yaqut Mövlamova, “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Oftalmoloq həkimi Sevinc Abdullayeva, Ulaşlı Şıxlı kənd tam orta məktəbinin direktoru Aynur Mahmudova və Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Nuranə Soltanova qeyd ediblər ki, Zərifə xanımı tanıyanlar bildirirlər ki, “Zərifə xanım elə insan idi ki, bir dəfə ünsiyyətdə olmaqla sanki onu ömrü boyu tanıdığını hiss edirsən və unuda bilmirsən. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Sonda partiya sıralarına yeni üzv olmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.