
Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları da daxil olmaqla yeni danışıqlar
“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqları bərpa etməyə razılaşdıq.
Bu münasibətlər qarşılıqlı hörmət, o cümlədən üzv dövlətlərimizə və fundamental prinsiplərimizə, o cümlədən qanunun aliliyinə və insan hüquqlarına hörmət əsasında inkişaf edəcəkdir”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda İlham Əliyev Ceyhun Bayramovla görüşdən sonra belə bəyanat verib.