Evinizin açarlarını tanımadığınız şəxsə verirsiz? Dayanın, dayandırın, təhlükə var, risk var, VERMƏ-yin…
Vətəndaş nə qədər ehtiyatsızdır bank kartları tala-na-caq-dır. Hər gün baxılır, yoxlanılır ki, vətəndaşın pul vəsaiti necə oğurlanıb? Gün ərzində xaricdən yüzlərlə vətəndaşa zəng gəlir, ancaq aparılan təbliğat işi göstərir ki, əgər əvvəllər yüzlərlə vətəndaş aldanırdısa, bu faiz nisbəti xeyli azalmış — 10-20 fakt təşkil edir.
Görünən odur ki, problemin həlli mümkündür, vətəndaş ehtiyatsız olmasa, talamaya məruz qalmayacaqdır. Aprelin 25-də 14 fakt üzrə kiber oğurluq törədilib. Ən yüksək 6000, ən kiçik məbləğ 9 manat təşkil edib. Kartın üzərindəki CVV/CVC, OTP, PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda oğurluq baş verəcəkdir. Bu məlumatlar sizin pul saxladığınız bank kartının açarlarıdır. Onları heç kimə vermək olmaz. #kibertəhlükəsizlik